PDA

Orijinalini görmek için tıklayınız : Nesireddin Tusi


piLenKen
09-15-2007, 05:17 PM
Nesireddin Tusi
[Only Registered Users Can See Links] ([Only Registered Users Can See Links])


Mehemmed Nesireddin Tusi Hesen oğlu (17.2.1201, Hemedan, bezi menbelere göre Tus şeheri, 25.6.1274, Bağdad) - Azerbaycan ensiklopediyaçı alimi, dövlet xadimi. "Tusi" leqebi tehsil aldığı Tus şeherinin adındandır. İlk müellimi atası, sonrakı müellimleri ise Behmenyar ve İbn Sina mektebine mensub alimler olmuşdur. Nesireddin Tusinin tesis etdiyi Marağa Astronomiya Resedxanası qısa müddetde astronomiya cihazlarına ve zengin kitabxanaya malik böyük elmi merkeze çevrilmiş, bir çox meşhur riyaziyyatçı ve astronomlar buraya celb edilmişdir. Onun rehberliyi ile elmin müxtelif sahelerine aid bir sıra qiymetli eserler yaradılmışdır. "Zici Elxani" eserinde planetlerin geosentrik orbitinin esas elementleri verilmiş, onların sutkalıq orta hereketi öz dövrüne ve hetta 17-ci esr astronomiya müşahidelerine nisbeten daha deqiq teyin edilmişdir.
Tusinin rehberliyi ile yerin fırlanma oxunun illik presessiyasının qiymeti 51"4 tapılmışdır (müasir qiymeti 51"2). "Zici Elxani" eserinde çoxlu riyazi, astronomik ve coğrafi cedveller de verilir. En mühümleri sinus ve tangensin altmışlıq say sisteminde 3 reqemli triqonometriya cedvelleri, 13-cü esrde meşhur olan 256 şeherint coğrafi koordinatları cedvelidir. Kolumbun müellimi Toskanelli bu cedvelden istifade etmişdir. Cedvel Londonda (1652) ve Oksfordda (1652) ereb ve latın dillerinde çap edilmişdir.
Tusinin "Tehriri-Öqlidis" (Evklidin şerhi) eseri hendesenin inkişafına tekan vermiş, Romada ereb (1594) ve latın (17-ci esr) dillerinde neşr olunmuş, A. Lecandarın, ingilis riyaziyyatçısı C. Vallisin ve italyan alimi C. Sakkerinin işlerine böyuk tesir göstermişdir. Nesireddin tusi bu eserde ve "Hendesenin esasları"nda Evklidin 5-ci postulatı haqqında öz nezeriyyesini vermiş 56 üçbucağın daxili bucaqlarının cemi arasında elaqeni tapmışdır.
Arximedin "Küre ve silindr" ve "Dairenin kvadratlanması" eserlerindeki nisbetler nezeriyyesini Tusi inkişaf etdirmişdir.
Tusinin eded anlayışı müasir tesevvüre uyğun gelir ve o, bu sahede Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. Onun "Şeklül-qita" (Tam dörd terefli traktat) eseri müstevi ve sferik triqonometriyadan behs edir. O, eserde Menelay teoremini, müasir triqonometriyanın esas teorem ve düstürlarını vermiş, sferik üçbucağın üç bucağına göre tereflerini teyin etmişdir.
Eser 1891-ci ilde İstanbulda ereb ve fransız dillerinde neşr olunmuşdur. "Celeul-hesab" ("Taxta ve qum vasitesile hesablama") eserinde müsbet ededden istenilen derecede kökalma qaydası, binominal hedlerin on iki dereceli heddedek emsalları verilir. "Tehrir ül- Mecesti" eseri "Almagest"in işlenmiş variantı, "Tezkireyi-Nesiriyye" ise Tusinin oricinal eseridir. Her iki eser Ptolomeyin geosentrik sistemi daxilinde planetlerin hereket nezeriyyesine ve onun teshihine aiddir.
Nesreddin Tusi hesaba aid eserinde tam ededden ixtiyari dereceden kökalma emelini 4V2441 40626 kökünün nümunesi kimi izah etmiş (riyaziyyat tarixinde ilk defe), eded üçbucağını emele getiren binomial emsalları ve onlar arasında qanunauyğunluqları göstermiş, Nyuton binomunu sözle ifade etmişdir.
Nesireddin Tusi fizikaya dair eserlerinde tebietde maddenin saxlanması ve çevrilmesi haqqında ilk fikir söylemişdir.
Nesireddin Tusi 13-cü esrin 30-cu illerinde Kuhistana gelmiş ve yerli ismaililerin başçısı Nasirin teklifi ile 1236-cı ilde terbiye, exlaq ve pedaqogikaya aid "Exlaqi-Nasiri"(Nasirin exlaqa aid kitabı) eserini yazmışdır.
Kuhistanda Tusi hebs olunubElemut qalasında salınmış, monqol serkerdesi Hülaku xan bu qalanı aldıqdan sonra Tusini azad edib özüne meslehetçi teyin etmiş ve bu zaman Nesireddin Tusi minlerle günahsız alim ve bacarıqlı şexsleri monqol qılıncından xilas ede bilmişdir.Hülaki xanın vefatından sonra (1265) ise Tusi onun oğlu Abaqa xanın veziri olmuşdur.
Nesireddin Tusinin felsefi görüşleri Behmenyarın tesiri ile formalaşmışdır. "İbn Sinanın felsefesi ve mentiqine şerhler", "Sehifelerinde er-Razinin qeydleri" ("Şerh ul-İşaret"), "Teologiya ve metafizikaya dair risale"("Tecrid el-kenan"), "Exlaqi-Nasiri", "Alicenab insanların xarakterleri ve keyfiyyetleri" ("Övsafül-eşref") ve b. eserlerinde İbn Sinanın felsefi görüşlerini şerh etmişdir.
Tusi Ayın ve güneşin tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah etmişdir.
Yazılanlar Nesireddin Tusinin Azerbaycan siyasi fikri tarixinde ilk dövlet nezeriyyeçisi olduğunu söylemeye esas verir.
Çoxcehetli alim olan Tusi mineralogiya, tibb ve b. sahelerde de eserlerin müellifidir.
O hem de şair olmuşdur.
Tusi Bağdada seferi zamanı vefat etmiş, Came Mescidin e defn olunmuşdur. Qebrinin üstünde "Elmin kömekçisi, elm ölkesinin şahıbi, Dövr anası bele oğul hele doğmamışdır " yazılmışdır.
Nesireddin Tusinin eserlerine Rusiya, İran,Türkiye, Hindistan, Erebistan, Misir ve b. ölkelerin kitabxanalarında rast gelinir.
Tusi irsi esaslı tedqiq edilir. Bu tedqiqatlarda Tehranda keçirilen (1956) Nesireddin Tusi konqresinin de böyük tesiri olmuşdur. 1981-ci ilde Nesireddin Tusinin Bakıda, Naxçıvanda, Gencede ve Şamaxıda 780 illik yubleyi keçirilmişdir.
Şamaxı Astrofizika Resedxanası ve Azerbaycan Dövlet Pedaqoci Universiteti Nesireddin Tusinin şerefine adlandırılmışdır.

lulu
12-07-2007, 02:09 PM
ay camaat mene nesreddin Tusinin riyaziyyat haqqinda dedikleri lazimdi, komek edin

tebrizli
12-24-2007, 09:16 AM
ya bu sayfayı hazırlayana can kurban ederim ya kendime geldim kendimi tanıdım avrupada kendimizi itirmişik

insatiablelove90
01-09-2008, 06:18 PM
NesreddinTusinin mezar dashinin uzerinde yazilmish yazilar;
-Elmin yardimchisi,elm ulkesini shahi,dovran annesi boyle ogul ha"la dogmamishdir.
gerisisi sizin yorumlarda :)

ehreman
02-10-2008, 11:30 AM
Nəsrəddin Tusi haqqında her şeyi bilməsək də çox şeyi bilirik. Amma təəssüf ki, biz bunu dünyaya tanıda bilmirik. Bəlkə də çoxları üçün yeni olan bir mövzuya toxunmaq isteyirem

Nəsrəddin Tusi və onun Ordubaddakı nəsilləri

800 ildən artıq tarixi olan və hazırda ömür sürən nasiriyyə nəsli əvvəli Nəsrəddin Tusi olmaqla Azərbaycanın ictimai-siyasi, elm və mədəniyyət tarixinə böyık simalar bəxş etmişdir. Bu nəslin əsrlər boyu yaşadığı yer Ordubad olmuşdur.
Nasiriyyə nəslinən olan Qazi İmadəddin Əhməd Tusi Ordubadinin 1329-cu ildə Ordubadda doğulduğu göstərilir.
Şeyx Səfiyyəddinin oğlu Şeyx Sədrəddin 1379-cu ildə iki ay Ordubadda Əhməd Tusinin qonağı olmuşdur. Həmin vaxt ona böyük hörmət göstərilmişdir. Sonradan Şeyx Sədrəddinin qonağı olduğu Əhməd Tusi haqqında yazdığı və hazırda Tehran Universitetinin kitabxanasında saxlanılan məktubunda oxuyuruq: “Ordubadın qədim ailələrindən, ehtiramı lazım və zəruri nəsildən olan, adlı-sanlı və dünyanın fəxr edəcəyi məşhur şəxsiyyət, həm də onun Tusi nəslindən olması səhər və sübh kimi aydın və məlum olan gözəl əxlaqi sifətlərə malikdir.”.1
Əhməd Tusinin yaxın qohumlarından olan xacə Ətiq Münşi Ordubadda anadan olmuşdu. Qazi Əhməd Qumi yazırdı:”Xacə Ətiq Münşi Ordubadi xasiyyət, yüksək zəka, fərasət, ləyaqət, istedad cəhətdən, həm də məktub, hökm və fərmanların yazılmasında, həmçinin xətlə yazmaqda öz müasirləri arasında əla bir şəxsiyyət idi.”2
Bu nadir istedad və sənət sahibi tezliklə geniş ərazidə tanınmış, ad-san qazanmışdı. Şah İsmail Xətai 1501-ci ildə bu məşhur xəttatı qəbul etmiş və Azərbaycan Səfəvi dövlətinin münşisi (katibi) vəzifəsinə təyin etmişdi.
XVII əsr tarixçisi İsgəndər Münşi göstərir ki, Xacə Ətiqin oğlu Mirzə Kafi Münşini Şah Təhmasib 1524-cü ildə ölkənin baş münşisi təyin etmiş, ona Münşi Əl Məmalik ləqəbi vermişdir.3
XV əsrin ikinci yarısı və XVI əsrin birinci yarısında yaşamış Məlik Bəhram Ordubadın kələntəri olmuşdur. Onun oğlu Hətəmbəy Ordubadi daha böyük şöhrətə çatmışdı. Hətəmbəy Ordubadi əvvəlcə Ordubadda atasının əməlini davam etdirərək şəhərin kələntəri olmuşdur. 1606-cı ilin noyabrında Ordubadda olan I Şah Abbas Ordubadı həmişəlik olaraq Hətəmbəyə bağışlamışdı. Hətəmbəy Ordubadda xeyli abadlıq işləri görmüş, yeni binalar tikdirmişdir. Bir neçə şərq dillərini bilən Hətəmbəy həm də təbli şair və dərin savada malik idi. I Şah Abbasın münəccimi Cəlaləddin Məhəmməd yazır: “Hətəmbəy gözəl şairdir. O qəsidə, qəzəl və rübai yazmaqda çox qabil və mahirdir.”.4
Hətəmbəyin uzaqgörən, ağıllı, təmkinli və tədbirli olduğuna yaxından bələd olan dostu İsgəndər Münşi onu dövrünün yeganəsi, zəmanəsinin Aristoteli adlandırmışdı. Hətəmbəy və İsgəndər Münşi I Şah Abbasın hərbi səfərlərində və səyahətlərində iştirak etmişlər. Hətəmbəy 20 ilə yaxın bir dövrdə yüksək vəzifələrdə işləmişdir. I Şah Abbasın baş vəziri işləmiş Hətəmbəy böyük dövlət xadimi kimi tanınmışdır.
Hətəmbəyin ölümündən sonra oğlu Əbutalib Mirzə atasının yerinə vəzir təyin edilmişdir. Deyilənə görə Əbutalib Mirzə həm də istedadlı bir şair kimi də hamının ehtiramını qazanmışdı. Əbutalib Mirzənin nəvəsi Məhəmməd İbrahim Nasiri Ordubadi divan vəziri olmuş və tarixçi kimi tanınmışdı. Səfəvi dövlətinin hökmdarı Şah Soltan Hüseynin saray tarixçisi olan Məhəmməd İbrahim hazırda Britaniya muzeyində saxlanılan “Dəsturi Şəhriyaran” əsərinin müəllifidir.5

1.Seyidağa Ünullahi, "Nəsrəddin Tusi və onun Ordubaddakı nəsilləri", Ədəbiyyat və İncəsənət qəzeti, 27.11.1981-ci il.
2.Yenə orada.
3.Yenə orada.
4.Yenə orada.
5.Yenə orada.

namaz
03-01-2008, 10:58 PM
Birazcik olsun Türk tarihini üstündeki sis perdeleri ortadan kaldirilsa inaniyorumki dünya insanliginin bizden cok seyler ögrenmis oldugu ortaya cikacaktir.
Böylesi güzel bilgi paylasiminizdan dolayi sizleri tebrik ederim. Sag olun..

Dr_Sebnem
03-29-2008, 03:58 PM
Çox sağol pilenken melumatların üçün.Çox teşekkürler.Her zamankıkimi çox gözel yazmısan....
Ehreman sene de teşekkür...