PDA

Orijinalini görmek için tıklayınız : Baba Punhan 4


Azeri-turk
09-07-2008, 07:22 AM
Çal oynasın Əjdər əmi


Torpağımız çadır-çadır,
Bulağımız zəhər dadır,
Bir çörəyə gedir abır,
Sovrulubdur göyə zəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Oraq bayraq altındadır,
Şahid torpaq altındadır,
Bakı ayaq altındadır,
Sönübdür bəxtinin şəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Bu yerlərin qışı qarsız,
Edamları ipsiz, darsız,
Bu millətin adı arsız,
Xəbəri yox, batır gəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Azadlığım girib dona,
Don cırılıb, çatıb sona,
Həna deyil həmən həna
Əslinin yanıb Kərəmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Qarabağın maralıdır,
Vətənindən aralıdır,
Namusundan yaralıdır,
Alır əmrini erməni,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Yaman düşüb odlar yurdu,
Göz bərəlib, batıb ordu,
İblis quran ***ssvordu,
Həll eləmə, at qələmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Pünhan, yalvar ki, göylərə,
Müqəddəslər ensin yerə,
Sonda gələn Peyğəmbərə,
Sahib desin yer aləmi,
Telloyu çal, telloyu çal,
Çal oynasın Əjdər əmi.

Azeri-turk
09-07-2008, 07:22 AM
Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin umudvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alcaqları bir-bir,
Soz udmaga vadar elədim, mən nə dedim ki?!

Xofdan ayilib butpərəs olmuslar onund?,
Qansız butu inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuslara xatırladan oldum,
Qafilləri husyar elədim, mən nə dedim ki?!

Tərk eylədi seytan bu konul mulkunu getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, esq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gordum ki, pul ustundə bu dunyanı tuturlar,
Dunyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın ozun axtardım onun qəbrini tapdım,
Amma sozun askar elədim, mən nə dedim ki?!

Punhan, mən əməl dəftərini serə cevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

Azeri-turk
09-07-2008, 07:23 AM
Qanlı bir səhradı bu

Göz yaşım leysan olub səhrada bir dəryadı bu.
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Xatəmin övladına yas tutmağa-Adəm gəlib.
Adəmin fəryadına peyğəmbəri-Xatəm gəlib.
Kərbəla torpağına göydən bütün aləm gəlib.
Car çək başsız Hüseynə baş çəkən Zəhradı bu.
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Ötdü min dörd yüz ilim, dur Şümrə bir meydan oxu.
Yetdi son Aşura, zülmün qətlinə fərman oxu.
Bitdi həqqin intizarı döndü bu dövran oxu.
Surələr Sur oldu xətmi-qeybəti kübradı bu.
Gəl gedək burdan Hüysenim, qanlı bir səhradı bu.
Badu Kubə şəhrinə bir gün Əli Əkbər gələr.
Həzrəti Əbbas ilə Həzrət Əli-Əsgər gələr.
Zülfüqarıynan Əmirəl-Möminin Heydər gələr.
Sahibi-əsr-Zamandan öncəki peydadı bu.
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Ol Yəzidin ləşkərindən bir başa min baş gedər.
Şah Hüseynim başdadır hər başda gizlin baş gedər.
Baş düşər başdan çıxar qaş başa bir gün baş gedər.
Yazdığım misralar içrə qalibi-misradı bu.
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Bir səhər mən at belində göydə gördüm Huccəti.
Endi göylərdən yerə sildim min illik həsrəti.
İnşəallah gün gələr Kubəmdə görrük Həzrəti.
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu.
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu

Azeri-turk
09-07-2008, 07:23 AM
Oruc tutmuşam

Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,
Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.

Ömr deyil, qövrdür, dövr deyil çövrdür,
Dövr yalan dövrüdür, düzdən oruc tutmuşam.

Bayrağımız yüksəlib, ərşü səmanı dəlib,
Ta bu hökumət gəlib, həzzdən oruc tutmuşam.

Növbəyə dursun bəşər, tövbəyə gəlsin bəşər
Hamı desin sərbəsər, tezdən oruc tutmuşam.

Bilməmişəm dizlərim səcdələr üçün imiş,
Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam.

Xalq üzünə baxmağa, üzdə üzüm qalmayıb,
Ustulu tərk etmişəm, mizdən oruc tutmuşam.

Könlünü satdın baha, Pünhanı saldın aha,
Mən sizə gəlməm daha, sizdən oruc tutmuşam.