PDA

Orijinalini görmek için tıklayınız : GözƏlim SƏnsƏn


khantabriz
03-23-2008, 03:34 PM
GÖZƏLİM SƏNSƏN

Gözəlim sənsən,
Qəlbimin tacı,
Gözümün nuru,
Dərdin əlacı.

Uca dağ başında,
Ceyran yol eylər,
Ürəyim başında,
Tikan kol eylər.

Yaralıyam dəymə,
Könlümün budağın əymə.

Örpəyin sarı,
Gəl mənə sarıl,
Tikanı yox eylə,
Yaramı sarı.